Bakı-Sumqayıt yolunda ciddi reydlər başlayır - HƏDƏFDƏ KİMLƏRDİR?
Şöbəsi paytaxta və əks istiqamətdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərlə profilaktik tədbir keçirib. APA TV-nin məlumatına görə, şəhər avtovağzalında keçirilən tədbirdə bu marşrut üzrə hərəkət edən avtobus və mikroavtobusların “Şamaxinka” adlanan ərazi, 20 Yanvar və 3-cü mikrorayon dairəsi yaxınlığında saxlanaraq, sərnişin düşürüb-mindirmələrinə icazə verilməyəcəyi bildirilib. Sürücülərdən “Avtovağzaldan-avtovağzala” prinsipi ilə işləməli olduqları tələb olunub: “Danışıqlar apardıq, izah elədik ki, sentyabr ayının 16-dan 20 Yanvar dairəsi, “Şamaxinka” adlanan yerə daxil olmaq qadağandır. “Avtovağzaldan-avtovağzala” prinsipi ilə iş gedəcək. Burdan gedən sərnişinlər Sumqayıtdan gedən sərnişinlər bilməlidir ki, onların son dayanacağı avtovağzaldır. Avtovağzalda da bilirsiniz ki, əlavə olaraq avtobuslar fəaliyyət göstərir. Yəni digər istiqamətə həmin vasitələrlə gedə biləcəklər”. Ramin Sadıqov onu da bildirib ki, “Ford” markalı mikroavtobusların qanunsuz fəaliyyəti göstərir və bu nəqliyyat vasitələri istismar müddətini bitirib. Bu mikroavtobuslara qarşı qurum tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Sumqayıt Dövlət Yol Polisi Şöbəsi də bu kimi ictimai nəqliyyat vasitələrinə qarşı reydlər həyata keçirir və qanunsuzluqların qarşısının alınması istiqamətində bu kimi tədbirlər davam etdiriləcək: “Qanunsuz sərnişin daşıyanlar aşkar olunacaqsa, stasionar postlarda saxlanılacaq. Həmin sərnişinlər düşürdüləcək. Qanunla hərəkət edilən ictimai nəqliyyatdan istifadə olunacaq. Bunlar o sürücülərdir ki, həkimdən sağlamlIq arayışları, sürücülük vəsiqələri, kateqoriyaları var və qanunidir. Digərləri “Ford”lardır ki, qanunsuzdurlar. Elə “Ford”lar var ki, bu gün tərəfimizdən aşkarlanıb. Onlara qarşı tədbir görülür. Sürücülük vəsiqələri, kateqorıyaları olmayan, həkim müayinəsindən keçməyən sürücülər var ki, onlar da tərəfimizdən saxlanılır və barələrində tədbirlər görülür”. Qeyd edək ki, belə daşımalar yalnız müvafiq İcra Hakimiyyəti orqanının razılığı əsasında texniki cəhətdən saz vəziyyətdə olan nəqliyyat vasitələri ilə avtovağzaldan avtovağzala, yaxud bu şəhərlərdəki əmək və ya təhsil müəssisələri ilə bağlanmış müqavilə əsasında yerləşdikləri ünvana daşınmaqla servis xidmətləri həyata keçirilə bilər.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."