Bakı-Sumqayıt şossesində yük avtomobili qəza törədib - XƏSARƏT ALAN VAR
Abşeron rayonunda yük maşını yol-nəqliyyat hadisəsi törədib.
APA TV xəbər verir ki, qəza Xırdalan qəbiristanlığının yaxınlığında qeydə alınıb.
Elman Ağaməmmədov idarə etdiyi "DAF" markalı yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi beton arakəsmələrə çırpılıb.
Hadisə zamanı sürücü xəsarət alıb, avtomobil isə deformasiyaya uğrayıb.
Sürücünün verdiyi məlumata görə, o, Rusiya Federasiyasından Bakıya qapı gətirirmiş. Yolun bir hissəsinin qazılması, eyni zamanda yağışlı hava şəraiti səbəbindən idarəetməni itirib.
Zərbənin gücündən yük maşınının yanacaq çəni zədələndiyindən avtomobilin yanacağı yola dağılıb.
Əraziyə Dövlət Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
11:43
1432
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
1435
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
1481
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1378
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1963
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1983