Bakı-Sumqayıt qatarında partlayış olub? – Rəsmi açıqlama – APA TV
Bakı-Sumqayıt istiqamətində hərəkət edən 6623 saylı sürətli sərnişin qatarı Pirşağı sahəsində olarkən gərginliyin verilməsində yaranmış texniki nasazlığa görə dayanmalı olub. Bu barədə APA-ya Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib. Qeyd edilib ki, əraziyə cəlb olunan Azərbaycan Dəmir Yollarınin texniki heyətinin dəstəyi ilə nasazlıq aradan qaldırılib və qatarın hərəkəti bərpa olunub.
Sözügedən hadisə ilə əlaqədar olaraq həmin istiqamətdə hərəkət edən qatarların qrafikində qismən kənara çıxmalar müşahidə olunub. Bəzi saytlarda qatarın qəzaya uğraması, partlayışın baş verməsi və ya xəsarət alanların olması ilə bağlı paylaşılmış xəbərlər həqiqəti əks etdirmir.
OXŞAR XƏBƏRLƏR
11:43
517
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
515
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
535
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1280
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
20:20
1867
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
18:22
1879