Bakı Şəhər Baş Polis İdarəsi idarə və müəssisə rəhbərlərinə müraciət edib
Bakı Şəhər Baş Polis İdarəsi ölkə ərazisində elan olunmuş hərbi vəziyyətlə əlaqədar idarə və müəssisə rəhbərlərinə müraciət edib.
Bu barədə APA TV-yə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev məlumat verib.
Onun sözlərinə görə, saat 21:00-dan etibarən komendant saatı tətbiq olunmasına baxmayaraq, bəzi əmək kollektivlərində, müəssisə və təşkilatlarda bu nəzərə alınmır. İşçilər adi vaxtlarda olduğu kimi, əvvəlki saatlarda iş yerini tərk etdiyi üçün mənzil başına gecikirlər. Nəticədə komendant postlarında tıxaclar yaranır. Bu isə komendant saatının pozulması ilə yanaşı, polis əməkdaşlarının da işini çətinləşdirir: “Əsasən müşahidə olunan qayda pozuntusu komendant postlarında hərəkət iştirakçılarının vaxtı düzgün tənzimləməməsidir. Əmək kollektivlərinə tövsiyə edirik ki, komendant saatının saat 21:00-da başlamasını, eyni zamanda həmin şəxsin gedəcəyi məsafəni və marşrutu nəzərə alaraq, vaxt məsələsinə diqqət yetirsinlər”.
Elşad Hacıyevin sözlərinə görə, hansı səbəbdən gecikməsinə baxmayaraq, komendant saatını pozan hər kəs inzibati qaydada məsuliyyətə cəlb olunur.
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub