Bakı sakinlərinin Zəfər paradı sevinci - REPORTAJ
Bu gün Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirilib.
APA TV-nin xəbərinə görə, paytaxt sakinləri Zəfər paradını yaxından izləyə bilmək üçün səhər saatlarından Azadlıq meydanına üz tutublar.
Hərbi paradın başlamasına dəqiqələr qalıb. Hazırda şəhərin müxtəlif istiqamətlərindən insanlar döyüş texnikalarını, düşməndən əldə olunan qənimətləri və əsgərlərimizin hərbi keçidini görmək üçün yol kənarlarına axın edirlər”.
Müstəqilliyimizin təməl bünövrəsi olan Azadlıq meydanı ilk dəfədir ki, bütöv bir zəfər yürüşünün şahidi olur. Hazırda şanlı ordumuzun qalib əsgərləri zəfər keçidi etdilər. Ardınca isə Silahlı Qüvvələrimizin döyüş texnikaları və düşmənin döyüş meydanında qoyaraq qaçdığı hərbi texnikalar nümayiş etdirilib.
Ordumuzun qüdrətini nümayiş etdirən xeyli sayda döyüş texnikaları da insanların önündən keçid edib.
Xələf Xələfov
Musa Qulammirzəyev
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”