Bakı sakini Yardımlıda saxlanıldı
Yardımlıda polisin keçirdiyi əməliyyat zamanı narkokuryerlik edən şəxs saxlanılıb. Rayonun Jiy kəndində baş tutan əməliyyat zamanı, saxlanılan narkokuryerdən 10 kiloqramdan artıq narkotik vasitə və həblər aşkarlanıb. Bakı şəhər sakini İqbal Aslanov “Toyota Prius” markalı avtomobildə saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin avtomobilə keçirdikləri baxış zamanı, oradan ayrı-ayrı bükümlərdə qablaşdırılmış, ümumilikdə 5 kiloqramdan artıq heroin, 3 kiloqram 500 qram marixuana, 2 kiloqram metamfetamin və 1000 ədədə yaxın metadon həbi aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı İqbal Aslanovun həmin narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından əldə etdiyi və Bakı şəhərinə apararaq orada deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Məhkəmənin qərarı ilə İqbal Aslanov barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı zəruri istintaq hərəkətləri həyata keçirilir. İlkin Rzayev Rövşən Almazoğlu APA TV Yardımlı
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi