Bakı sakini Sabirabadda xarici ölkə vətəndaşı üçün görün nə etdi
Xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxsdən 15 kiloqrama yaxın narkotik götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Fərid Əhmədov rayon ərazisində saxlanılıb. Ona məxsus çantaya keçirilən baxış zamanı təmiz çəkisi 14 kiloqram 340 qram marixuana, 510 qram heroin və 50 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı Fərid Əhmədov əcnəbi narkotacirə pul müqabilində narkokuryerlik etdiyini etiraf edərək, aşkarlanan narkotik vasitələri müəyyən məbləğ qarşılığında qabaqcadan təyin olunan yerə çatdırmalı olduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib