15:42 12 may 2022 347
Ana səhifə Xəbərlər

Bakı-Quba yolunda bir gündə iki dəhşətli qəza

Bakı-Quba yolunda ölümlə nəticələnən iki  yol nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin xəbərinə görə, hadisə  yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Bakı-Quba istiqamətində hərəkətdə olan 34 yaşlı  Elçin Hacıyevin idarə etdiyi “BMW-X5” markalı avtomobil əks istiqamətdə hərəkət edən 63 yaşlı  Mehyəddin Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub. Nəticədə Elşən Hacıyev hadisə yerində ölüb, digər sürücü Mehyəddin Əliyev isə xəsarət alaraq, Siyəzən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Çox keçməyib ki, həmin yoldan daha bir acı xəbər gəlib. Bu dəfə VAZ-2106 markalı avtomobil yük maşınına çırpılıb. Bu qəzada isə  3 nəfər dünyasını dəyişib, 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb. Yaralılar Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Qəzada ölənlərin sürücü Orxan Qasımov,  sərnişinləri 31 yaşlı Pərviz Xudabaxışov və onun 2 aylıq qızı Mədinə Xudabaxışovadır.

 

Hazırda hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın