Bakı-Qazax magistralında iki yük maşını toqquşdu
Bakı-Qazax magistralında yük maşınları toqquşub, yolda hərəkət müvəqqəti məhdudlaşdırılıb.
APA TV-nin Mil-Muğan bürosunun məlunatına görə, hadisə gecə yarısı Bakı-Qazax magistralının 110-cu kilometrliyində Hacıqabul şəhərinin ərazisindən keçən körpünün üstündə baş verib.
Beynəlxalq yükdaşıma həyata keçirən Türkiyə vətəndaşının idarə etdiyi “Mercedes” markalı TIR yük avtomobili arxadan “KamAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə hər iki yük avtomobili sıradan çıxmaqla yanaşı yol infrastrukturuna da ciddi ziyan dəyib. Qəza baş verən andan magistralın Qazax istiqamətində olan hissəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Qəzanın fəsadları aradan qaldırıldıqdan sonra yolda hərəkət bərpa olunub. Qəza zamanı TIR markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi