Bakı polisi: Aşura günü küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək
Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.
Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq.
Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.
Qeyd edək ki, Azərbaycanda Aşura mərasimi sentyabrın 10-da qeyd olunacaq.
OXŞAR XƏBƏRLƏR
19:50
857
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
918
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
859
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
968
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
971
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
968