Bakı metrosunda ölüm halları nə ilə əlaqədardır?
Son vaxtlar istər gündəlik həyatımızda metrodan istifadə edərkən, istərsə də xəbərlərə baxdıqda “metroda halı pisləşdi, metroda öldü kimi” başlıqlarla tez-tez rastlaşırıq. Bəs görəsən belə halların baş verməsinin səbəbi nədir?
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metroda ölüm hallarını həmin şəxslərin sağlamlıq problemləri ilə əlaqələndirib. Bəxtiyar Məmmədov sözügedən halların qarşısının alınması üçün sərnişinlərin özlərini narahat hiss etdikdə metropoliten əməkdaşlarına müraciət etmələrini xahiş edib.
Kardioloq Yasmin Rüstəmova isə metroda insanların sağlamlığı üçün yarana biləcək təhlükələri sıxlıq və hava çatışmazlığı ilə əlaqələndirib. Həkim ürək-damar sistəmi ilə bağlı problemi olanlara mümkün qədər insanların sıx olduğu yerlərdən uzaq durmağı tövsiyə edib.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər