Bakı metrosunda cibgir tutuldu - HƏR ŞEYİ DANIŞDI
Bakı metrosunda cibgirlik edən şəxs ələ keçib.
APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, Masallı rayon sakini Namiq Musayev stansiyaların platformalarında və qatarlarda sıxlıq olan zaman sərnişinlərin cibindən mobil telefon oğurlamaqda ittiham olunur. Araşdırmalarla onun cari ilin oktyabr ayının 10-11 tarixlərində iki qadın sərnişinin “Samsung” markalı mobil telefonlarını oğurladığı məlum olub:
Zərərçəkənlər polisə mobil telefonlarının Metropolitendə olarkən itdiyi barədə məlumat verib. Araşdırmalarla məlum olub ki, telefonlar N.Musayev tərəfindən oğurlanıb. Namiq Musayev mobil telefonları ələ keçirəndən sonra satıb. Saxlanılan şəxs oğurluğu nə vaxt və necə etdiyini də danışıb.
Faktla bağlı Polis Şöbəsində araşdırmalar davam etdirilir. Bu şəxsin əməllərindən zərərçəkən varsa, DİN “102” Zəng Mərkəzinə, həmçinin Metropolitendə Polis Şöbəsinə məlumat verə bilərlər.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək