Bakı İdman Sarayına “3 alma” düşdü: Baş çəkməyi unutmayın
8-11 aprel tarixlərində “Azərbaycan Nəşriyyatları Assosiasiyası”İctimai Birliyi (ANAİB), Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə II Uşaq Kitab Festivalı keçiriləcək.
“3 alma” uşaq ədəbiyyatının da iştirak edəcəyi festivalda bütün kitablara 30-70% endirim ediləcək. Sərgidə “Azərbaycan klassikləri” seriyasının bütün kitablarına 50% endirim tətbiq olunacaq. Sərginin keçirildiyi ərəfədə müxtəlif kitab təqdimatları, master-klaslar, məşhurların “Nağıl saatı”, kukla teatrı, əyləncəli tamaşaların keçirilməsi nəzərdə tutulub.
Bundan əlavə, uşaq yazıçıları Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Zahid Xəlil, Aybəniz İsmayılova, Mürşüd İsmayılzadə, Yuliya Kərimova ilə imza saatları baş tutacaq.
Qeyd edək ki, sərgi 8-11 aprel tarixlərində Heydər Əliyev adına Bakı İdman Sarayında saat 10:00-dan 19:00-a qədər davam edəcək.
Giriş pulsuzdur.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib