Bakı ətrafında yeni dəmir yolu açılır - VAXT MƏLUM OLDU
Bakı Dairəvi dəmir yolunun açılışı bu ilin sonunadək baş tutacaq.
APA TV-nin məlumatına görə, bu haqda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Cavid Qurbanov məlumat verib: “Biz bunun üçün ölkə Prezidentinə müraciət etdik. Yolun bir tərəfi Biləcəridən - yəni Bakıdan başlayır. Xırdalan, Sumqayıt, Pirşağı, Zabrat-1, Zabrat-2, Sabunçu, Bakıxanov, Koroğlu, Keşlə, Nərimanov istiqamətində elektrik qatarlarının xidmətindən istifadə etmək olacaq. Bu dairə təxminən 92 kilometr uzunluğundadır. Bu da 180- 190 kilometr yol edir. Yan yolları da nəzərə alsaq bu təqribən 205 kilometr yol edir".
Cavid Qurbanov əlavə etdi ki, yeni yolda İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan 2 elektrik sürət qatarı hərəkət edəcək. Həmin qatarlar da ilin sonuna kimi gətiriləcək.
Xatırladaq ki, 13 oktyabr Azərbaycanda dəmir yolu işçilərinin peşə bayramı günüdür Bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin kollektivi Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək