Bakı Dövlət Sirki yeni mövsümə Su Sirki ilə başlayır
“Bakı Dövlət Sirki yeni mövsümün açılışına hazırlaşır”.
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə müsahibəsində sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov deyib.
O bildirib ki, sirkin yeni mövsümü sabahdan başlayır: “Ukraynadan dəvət etdiyimiz bu proqram Su Sirki ilə bağlıdır. “Waterland” adlı proqramdır. 2 saatdan artıq davam edir. Sirkin manejində böyük su hovuzu, 170 tonluq su hovuzu qurulub. Bu, xüsusi süjet xəttinə malik proqramdır. Proqramda əhliləşdirilmiş heyvanlarla bağlı, akrobatların xüsusi nömrələri, klounların nömrələri, fəvvarələrlə bağlı gözəl nömrələr olacaq”.
Xidmət rəhbəri qeyd edib ki, proqram noyabrın 24-ə qədər Bakıda tamaşaçılara nümayiş etdiriləcək. Maraq daha çox olsa, proqramın müddətini ayın sonuna qədər uzatmaq da istisna edilmir.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək