Bakı dairəvi avtomobil yolunda dəhşətli qəza
Bakıda ölümlə nəticələnən ağır yol qəzası olub.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, hadisə bu gün Bakı şəhəri kənar dairəvi yolun 4-cü km-də qeydə alınıb:
""KİA" markalı 90-NE-840 nömrə nişanlı avtomobilin sürücüsü 32 yaşlı Seyidov Namiq Mirqasım oğlunun avtomobili yüksək sürətlə və kobud qayda pozuntuları törədərək idarə etməsi nəticəsində törətdiyi ağır yol nəqliyyat hadisəsində sürücü özü yüngül xəsarət alsa da, yanında olan 32 yaşlı sərnişin Səbinə Məhərrəmovanın ölümünə səbəb olub. Dəfələrlə xəbardar edilməsinə baxmayaraq təəssüflər olsun ki, yenə də bəzi sürücülər yüksək sürətin ölümə səbəb olduğunu belə ağır faciələr başlarına gəldikdən sonra anlayırlar".
OXŞAR XƏBƏRLƏR
17:19
201
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
17:18
165
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
17:18
203
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
19:48
973
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
19:46
941
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
19:41
1047