Bakı Avrasiya Universitetində Ərəbşünaslıq Mərkəzi yaradılıb
Bakı Avrasiya Universitetində “Azərbaycanda və Orta Asiyada ərəb dili” adlı beynəlxalq konfrans öz işinə başlayıb. APA TV-nin xəbərinə görə, konfransa ərəbşünas alimlərlə yanaşı, Səudiyyə Ərəbistanından da nümayəndə heyəti qatılıb. Konfransın keçirilməsində əsas məqsəd Azərbaycanda və Orta Asiya Respublikalarında ərəb dilinin müasir vəziyyəti, inkişaf perspektivləri, ona mane olan amillər və qarşıda duran vəzifələri müzakirə etməkdir. Konfransın ilk günü Bakı Avrasiya Universiteti ilə Səudiyyə Ərəbistanının Kral Abdullah bin Əbdüləziz adına Ərəb dilinə Xidmət üzrə Beynəlxalq Mərkəzi arasında 6 fevral 2019-cu ildə bağlanmış müqaviləyə əsasən yaradılmış Ərəbşünaslıq Mərkəzinin açılış mərasimi keçirilib. Mərasimə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Dr. Hamad bin Abdulla bin Səud bin Xudeyr də qatılıb. Bakı Avrasiya Universitetinin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru dosent Nigar Hüseynova Ərəbşünaslıq Mərkəzinin yaradılmasının əsas məqsədlərdən danışıb. Onun sözlərinə görə, ərəb dili kurslarına 80 tələbənin qəbulu nəzərdə tutulsa da, qısa müddət ərzində 200-dən çox müraciət daxil olub
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."