Bahar Muradova MƏKTƏBLİLƏRİN İNTİHARINDAN DANIŞDI
“Bu məsələ gündəlik sosial və ənənəvi mediada davamlı müzakirə olunacaq məsələ deyil, peşəkarlıq tələb edir”.
APA TV xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında məktəblilərin intihar hallarına münasibət bildirərkən deyib.
O qeyd edib ki, bu cür hallar müvafiq dövlət orqanlarının nəzarəti altındadır: “Əlbəttə ki, bu cür hadisələr bizim hər birimizi üzərək narahat edir. Ailələrimizdə olan durum, uşaq və yeniyetmələrin vəziyyəti və rastlaşdıqları problemlər bizim diqqətimiz altındadır. Bizim də borcumuz ondan ibarətdir ki, bütün aidiyyəti dövlət qurumları, cəmiyyət və media, o cümlədən, ailələr bu məsələni diqqətdə saxlayaq. Çünki yeniyetməlik dövrünü hamımız yaşamışıq və bu dövr çox ehtiyatlı davranmağı tələb edir. Ona görə də bu məsələlərə həssaslıqla yanaşmaq lazımdır. Müvafiq qurumlar hər zaman əlaqəli şəkildə işləyir. Nəzərə almaq lazımdır ki, bu, insanın fərdi-psixoloji durumuna bağlı olan məsələdir”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ