Bağçalarda ərzaq yox, menyu əsaslı yeməklər veriləcək
Elm və Təhsil Nazirliyi tərəfindən media nümayəndələri üçün seminar keçirilib.
Seminarda nazirliyin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki 1700-ə yaxın bağçanın monitorinqi aparılıb.
Elnur Əliyev qeyd edib ki, Bakı, Sumqayıt və Abşeronda əhali sıxlığına görə kifayət qədər bağça yoxdur. Həmin ərazilərdə yerlər doludur, lakin 300-400 nəfər valideyn növbə gözləyir. Problemin aradan qaldırılması məqsədilə monitorinqlər aparılır.
Daha sonra o bildirib ki, Bakının 3 rayonu, Gəncə, Mingəçevir və Bərdədə məktəbəqədər təhsil müəssisələrində isti qida yeməklərin paylanması ilə bağlı pilot layihə icra edilir.
Elnur Əliyev bildirib ki, gələcəkdə hər bağçanın daxilində qidanın peşəkar müəssisə tərəfindən hazırlanıb verilməsi təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib