“Bağ oğruları” ələ keçdi - UCUZ QİYMƏTİN İZİ İLƏ
Quba sakininin bağını talayan şəxslər ələ keçib.
APA TV-nin şimal bürosunun məlumatına görə, rayon sakini Harun Abdullayev polisə şikayət edərək, bağından 1 ton almasının oğurlandığını bildirib.
Çox keçmədən “bağ oğruları”nın izi Xaçmaz bazarında tapılıb.
Əliməmmədoba kənd sakinləri alma bağına məşhur mahnıda deyildiyi kimi səhər-səhər yox, axşam giriblər. Dostlarını əvvəlcə öz bağına aparan Mahir adlı şəxs, ora çatanda fikrini dəyişib: “Uşaqlarla kənddə oturub yeyib-içdik. Dedim, gedək bizim bağa 10-15 yeşik alma var, aparıb Xaçmaz bazarında sataq. Elə oldu ki, bizim bağIN meyvəsi xırda oldu, yığmadıq. Qonşunun bağında hazır 30-35 yeşik alma var idi. Təxminən 1 ton malı maşına yükləyib, getdik Xaçmaz bazarına. Orda satıb, qayıtdıq”.
Mahirin beynində “mahircəsinə” cızdığı plandan süfrə yoldaşlarının xəbəri olmayıb: “Kənddə oturub yeyib-içdik. Mahir dedi ki, bizim bağda alma var, gedək almaları aparıb, Xaçmaz bazarında sataq. Əlimizdə pul olsun, gəlib yeyib-içərik. Getdik, orda münasib alma olmadığına görə, qonşunun almasını götürüb, Xaçmaz bazarında satdıq”.
“Uşaqlara yeyib-içdik. Mahir təklif elədi ki, bağında meyvə var, kömək edib, satmaq lazımdır. Başqasının bağında olan almaları mənim maşınımla aparıb, bazarda satdıq”.
“Kənddə bir tikə çörək yedik. Mahir dedi ki, gedək, bağımızdan meyvə yığaq. Getdik, alma xırda çıxdı. Qonşuda da alma var idi. Maşına yığıb, aparıb bazarda satdıq”.
İri almadan daha çox pul əldə edəcəklərini düşünən dostların başından arağın təsiri bazarda gedib. Oğurluq etdiyini anlayan şəxslər
malı ucuza verib oranı tərk ediblər.
Saxlanılanların analoji cinayətlərdə iştirak edib-etmədikləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
Prezident: Avropa Şurasını tərk etməyi ciddi şəkildə müzakirə etmişik
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi