Babasıgilə qonaq gedən azyaşlı 4-cü mərtəbədən yıxıldı
Lənkəranda 2 yaşlı uşaq 4-cü mərtəbədən yıxılıb.
APA TV-nin cənub bürosu xəbər verir ki, bədbəxt hadisə Lənkəran şəhəri Qala xiyabanı 5 nömrəli binada qeydə alınıb.
Belə ki, Bakı şəhərindən babasıgilə qonaq gələn 2020-ci il təvəllüdlü Əlixan Şəhriyar oğlu Bağırov yaşadığı binanın 4-cü mərtəbəsindən yıxılaraq ağır bədən xəsarətləri alıb. Hadisə yerinə Təcili Tibbi yardım briqadası çağırılıb. Uşaq aqonal vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib və dərhal əməliyyata alınıb. Xəstəxanadan aldığımız məlumata görə uşağın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov,
Rövşən Əzimov,
APA TV
OXŞAR XƏBƏRLƏR
18:19
1080
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
18:00
1122
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
14:07
1356
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
18:55
1011
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
12:53
1208
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
1672