Azyaşlı uşaqları xilas etmək istəyərkən boğulub öldülər
Avqustun 19-u, saat 19 radələrində Saatlı rayonu Qıraqlı kənd sakinləri – 1979-cu il təvəllüdlü Sübhan və qardaşı oğlu 1992-ci il təvəllüdlü Əkrəm Astanovun suda boğularaq ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub. Saatlı rayon prokurorluğundan APA TV-yə verilən xəbərə görə, araşdırmalarla müəyyən edilib ki, birlikdə Araz çayının rayonun Musalı kəndindən keçən hissəsində balıq ovu edən zaman Sübhan və Əkrəm sonuncunun suya düşən azyaşlı iki uşağını xilas edərkən özləri suda boğularaq ölüb. Azyaşlılar yaxınlıqda balıq ovlayan şəxslər tərəfindən suda boğulmaqdan xilas edilərək xəstəxanaya yerləşdirilib, hazırda səhhətləri qənaətbəxşdir. Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
12:53
194
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
18:25
836
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
945
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
813
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1165
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
1073