“Azərişıq”dan əhaliyə ŞAD XƏBƏR
Yaxın günlərdə “Azərişıq” ASC-nin elektrik sayğaclarının zədələnmələri ilə bağlı müraciətlərin qəbulu xidməti elektron hökumət portalına yerləşdiriləcək.
APA TV xəbər verir ki, bu barədə jurnalistlərə qurumun İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov deyib.
O bildirib ki, bu günə qədər elektron portalda 6 xidmət istifadəyə verilib. Son vaxtlar isə 5 yeni xidmət növü hazırlanıb ki, bunlardan da 2-si ən yayğın olanlardandır.
Daha bir xidmət isə müqavilələrin onlayn bağlanması ilə bağlıdır. İndən belə ad dəyişmə prosesi baş verdikdə abonent hansısa idarəyə yaxınlaşmadan e-gov portalı üzərindən rahatlıqla işini görə biləcək.
Qeyd edək ki, cari ilin sonunadək ASC tərəfindən təqdim edilən elektron xidmətlərin sayı 12-yə çatdırılacaq.
Fəridə Şirinova
Kamran Namazov
Apa TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi