"Azəriqaz" rəsmisi Xankəndinin qaz problemindən DANIŞDI
Son günlər mətbuatda, sosial şəbəkələrdə Xankəndinə təbii qazın verilməsində yaranan fasilələrin nə dərəcədə doğru olması ilə bağlı jurnalistin ünvanladığı sualı Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev cavablandırıb. Şöbə rəisi sözü gedən ərazinin Azərbaycanın əzəli və tarixi ərazisi olduğunu, bütün bölgələrdə olduğu kimi bu bölgənin də təbii qazla təmin olunmasının vacibliyini bildirib. O, 30 il ərzində ermənilərin qaz təsərrüfatına vurduqları ciddi ziyanı qısa müddət ərzində bərpa etməyin qeyri-mümkün olduğunu qeyd edib. E. Vəliyev bildirib ki, o ərazidə infrastruktur bərbad vəziyyətdədir və “Azəriqaz” İB olaraq həmin vəziyyətin normallaşması istiqamətində addımlar atılır. Şöbə rəisi ermənilərin dünya ictimaiyyətini bu məsələ yönəltməsində məkirli səbəblərin olduğunu KİV nümayəndələrinin diqqətinə çatdırıb.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ