“Azəriqaz”: “İnanırıq ki, “Azəristiliktəchizat” hər şeyə isti yanaşacaq"
Bakıda gecə klubunda baş verən partlayışdan sonra yaranan birgə komissiyanın fəaliyyəti çərçivəsində “Azəriqaz” İstehsalat Birliyi 1500-dək sənaye obyektinə baxış keçirib.
APA TV xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin şöbə rəisi İlkin Behbudov "Açıq qapı" aksiyasında deyib: ”356 halda nöqsan aşkarlanıb və qeyd olunan hallar üzrə qaz təminatı dayandırılıb. Nöqsanlar tikinti norma və qaydalarının və layihə-smeta sənədlərinin qaydalarının pozuntusu ilə əlaqədardır. Bu hallar Bakı və Abşeron rayonunu əhatə edir. Nəzərdə tutulmayan qoşulmalara və “Azəriqaz”la müqavilə şərtlərinin pozuntusuna görə 274 halda qaz sayğacları çıxarılıb. Digər 82 halda qaz sayğacları saxlanılma şərti ilə qaz infrastrukturu plomblanıb”.
İlkin Behbudov onu da əlavə edib, artıq regionlarda da yoxlamalara başlanılıb.
Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev qeyd edib ki, 15 aprel tarixində istiliyin verilmə mövsümü bitib. “Azəristiliktəchizat” bu mövsümü “Azəriqaz”a 41 milyon manat borcla başa vurub:
“Lakin biz inanırıq ki, növbəti mövsümdə bu qurum sözün bütün mənalarında, mənzillərdən tutmuş, münasibətlərə qədər hər şeyə isti yanaşacaq, - deyə Eldəniz Vəliyev qeyd edib.
Semral Cavad
Fariz Quluyev
APA TV
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ