"Azəriqaz" hansı ərazilərə qaz xətlərinin çəkildiyini açıqlayıb
"Azəriqaz" İstehsalat Birliyi cari ilin yanvar ayında ölkə üzrə 32 kənddə paylayıcı qaz xətlərinin çəkilişinə başlayıb.
APA TV-nin xəbərinə görə, bu barədə "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, yanvarda "Azəriqaz" 31 yeni yaşayış massivində də paylayıcı qaz xətlərinin çəkilişinə start verib: “Yanvar ayında yeni çəkilmiş qaz kəmərlərinin uzunluğu 13,7 km təşkil edib. Yeni çəkilmiş qaz kəmərlərinin 1 km Bakı, 12,7 km isə regionların payına düşüb. Bu da onu göstərir ki, regionlarda Bakıdakından 12-13 dəfə daha çox yeni qazlaşma üçün kəmər çəkilib".
Ruslan Əliyev ötən ay qaz istifadəsi ilə bağlı limiti keçən abonentlərin sayını da açıqlayıb. Onun sözlərinə görə, limiti keçən abonentlərin sayı 50 628 nəfərdir ki, bu da “Azəriqaz”ın ümumi abonentlərin sayının 2,1 %-ni təşkil edir.
Semral Cavad,
Fariz Quluyev,
APA TV
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı