Azərbaycanlı qardaşların milyardlarına həbs qoyuldu
Rusiyanın Sankt-Peterburq şəhərinin Tver rayon məhkəməsi azərbaycanlı Müşfiq və Allahverdi Abdullayev qardaşlarının əmlaklarına həbs qoyub.
APA TV Lent.az-a istinadən xəbər verir ki, “TD İntertorq” şirkətinin sahibi olan qardaşlar “Sberbank”dan götürdükləri 8 milyardlıq krediti mənimsəməkdə ittiham olunublar. Məhkəmə onların 2 milyard rubl (təxminən 28 milyon dollar) dəyərində olan əmlaklarına həbs qoyub. Həbs qoyulan mülklər arasında Abdullayevlərin ticarət mərkəzləri, şəhərin mərkəzində mənzilləri, ofisləri var.
Rusiya mətbuatı onu da xəbər verir ki, istintaq materiallarında kredit adı ilə dövlət bankları və s. maliyyə müəssisələrindən alınan vəsaitin xaricə çıxarıldığı vurğulanır.
2018-ci ildən başlayaraq Müşfiq Abdullayevin biznesi sürətlə geriləməyə başlayıb, onun şirkətinin təchizatçılar qarşısında borcları şişib. Nəticədə qardaşlar müflis olublar. Bu ilin martında Allahveri Abdullayev həbs ediib. Qardaşı Müşfiq isə axtarışdadır.
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
Prezidentlər Şuşada inşa edilmiş birinci yaşayış kompleksində olublar
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Füzuli rayonuna gəlib
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub