Azərbaycanlı iş adamına görə dövlət katibinə QADAĞA
İş adamı Telman İsmayılova sığınacaq verdiyinə görə Monteneqronun Daxili İşlər Nazirliyinin dövlət katibi Zoran Milyaniçin Rusiyaya girişinə qadağa qoyulub.
APA TV-nin Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fevralın 2-də Rusiya Xarici İşlər Nazirliyinin Zoran Milyaniçin ölkəyə girişinin qadağan edilməsi ilə bağlı notası Monteneqronun Rusiyadakı səfirliyinə göndərilib.
Qeyd olunub ki, bu tədbir Monteneqro hakimiyyətinin 2021-ci ilin oktyabrında atdığı qeyri-dost addıma – Rusiya vətəndaşı olan Telman İsmayılova siyasi sığınacaq verməsinə Xarici İşlər Nazirliyinin cavabıdır.
OXŞAR XƏBƏRLƏR
16:29
523
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
522
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1095
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
938
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
892
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1762