Azərbaycanlı idmançı barışmağa getdi, qətlə yetirilidi
Azərbaycanlı qarışıq döyüş növləri ilə məşğul olan idmançı İlkin Eminov Türkiyədə qətlə yetirilib.
APA TV Qaynarinfoya istinadən xəbər verir ki, mayın 27-də Çanaqqala vilayətinin Lapseki rayonunda futbol oyunu zamanı insident yaşanıb. Mübahisə qısa zamanda davaya çevrilsə də, hadisə böyümədən tərəflər sakitləşdirilib.
Mayın 28-də Türkiyə vaxtı ilə saat 23.30 radələrində rayon ərazisindəki kafedə barışmaq üçün bir araya gələn iki qrup arasında yenidən dava düşüb. Qısa zamanda böyüyən dava ölümlə nəticələnib.
Lapseki rayonunda işləyən və qarışıq döyüş növləri ilə məşğul olan 28 yaşlı azərbaycanlı İlkin Eminov dava zamanı ağır bıçaq xəsarəti alıb. Lapseki Dövlət Xəstəxanasına çatdırılan həmyerlimizin həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra 3 nəfər şübhəli şəxs qismində saxlanılıb. İstintaq davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi