Azərbaycanlı hərbçi Gürcüstanda həlak oldu
Gürcüstan ordusunun azərbaycanlı hərbçisi odlu silahdan açılmış atəş nəticəsində həlak olub. APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu il iyunun 8-də Gürcüstan MN-in Hərbi Polis Departamenti Müdafiə Qüvvələrinin bölmələrindən birində xidmət edən 2005-ci il təvəllüdlü hərbi qulluqçu Yusif Nəsibovun ölümü ilə əlaqədar Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaqa başlayıb. Qeyd olunub ki, hərbi qulluqçu hadisə baş verərkən postda qarovulda olub. Məlumata görə, atəş səsinin gəlməsindən sonra əraziyə baxış keçirilərkən Yusif Nəsibovun meyiti aşkarlanıb. İlkin məlumata görə, hərbi qulluqçu atəş nəticəsində çənəsindən xəsarət alıb və hadisə yerində dünyasını dəyişib. Gürcüstan MN-in Hərbi Polis Departamentinin faktla bağlı istintaqı davam etdirdiyi qeyd olunub. MN hadisəyə görə dərin kədər hissi keçirdiyini və həlak olan hərbi qulluqçunun ailəsinə və qohumlarına başsağlığı verdiyini açıqlayıb. Qeyd edək ki, 18 yaşlı Yusif Nəsibov Marneuli rayonunun Qırıxlı kəndindəndir.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər