Azərbaycanlı fotoqraf Reza Diqqəti Kəlbəcərdə polislərin qonağı olub
Dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Diqqəti (Deqati) Vətən Müharibəsinin nəticəsində işğaldan azad edilmiş əzəli torpaqlarımızda gördüklərini lentə alır.
APA TV-nin yerli bürosunun məlumatına görə, tanınmış fotoqraf viran qalmış yurd yerlərimizdə, dağıdılmış şəhər və kəndlərdə erməni vəhşiliklərinin izlərini dünyaya çatdırmaq üçün Azərbaycanda növbəti səfərdədir. Reza Diqqəti (Deqati) artıq işğaldan azad olunan bir neçə rayonda olaraq oradakı mədəni və ekoloji terroru lentə alaraq dünya mətbuatında işıqlandıra bilib.
Budəfəki səfərində Kəlbəcər rayonunda olan tanınmış fotoqraf rayon Polis Şöbəsinin qonağı olub və rayonda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən görülən işləri yaxından müşahidə edə bilib. Bundan başqa o, daxili işlər orqanları əməkdaşlarının xidməti fəaliyyətini yerinə yetirməsinin onda xoş təəssürat yaratdığını bildirib, bir neçə foto video hazırlayıb, polis əməkdaşlarının xidməti şəraiti ilə yerində tanış olub.
OXŞAR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar