Azərbaycanla İtaliya arasında enerji sahəsində müqavilə imzalanıb
Azərbaycanın "Azərenerji" ASC və İtaliyanın "Ansaldo Enerji" şirkəti arasında təchizat müqaviləsi imzalanıb.
APA TV-nin məlumatına görə, onlayn formatda təşkil edilən imzalama mərasimində Azərbaycan tərəfindən sənədi "Azerenerji"nin prezidenti Baba Rzayev, "Ansaldo Energia" tərəfindən isə şirkətin baş icraçı direktoru və meneceri Marino Cuzeppe imzalayıblar.
Tədbirdə çıxış edən Baba Rzayev qeyd edib ki, sənədə əsasən Azərbaycanın işğaldan azad edilən 4 rayon ərazisində – Kəlbəcər, Ağdam, Fizuli və Qubadlı rayonlarında inşa olunacaq 110 kilovoltluq yarımstansiyalarının elektrik avadanlıqlarının təchizatı nəzərdə tutulur. Onun sözlərinə görə, "Ansaldo Enerji" ilə "Azərenerji" arasında imzalanmış müqavilə kommersiya münasibətləri ilə yanaşı, iki ölkə arasında siyasi, iqtisadi, o cümlədən qeyri-neft sektorunda da öz töhfəsini vermiş olacaq.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?