Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna silahlı hücum olub
Son günlər döyüş meydanına məğlub olan Ermənistan müxtəlif vasitələrə əl atır, Azərbaycan və Türkiyənin xaricdəki diplomatik nümayəndəlikləri qarşısında müxtəlif aksiya və təhdid xarakterli tədbirlər görürlər.
APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, bu gecə yerli vaxtla saat 02:30-da iki naməlum kişi Yaroslavl Mudrı 7 ünvanında yerləşən Azərbaycanın Xarkovdakı fəxri konsulluğuna hücum edib. Onlar səsboğucu tapançadan 6 atəş açıblar. Güllələrdən 3-ü giriş qapısına, 3-ü isə pəncərəyə dəyib.
Hadisə konsulluğun nəzarət kameraları tərəfindən qeydə alınıb. Hadisə yerinə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları cəlb olunub. Hadisə zamanı xəsarət alan olmayıb. İstisna deyil ki, konsulluğa hücuma səbəb son günlər Azərbaycan Ordusunun Qarabağdakı əks hücum əməliyyatları və nəticədə uzun illər işğalda olan torpaqların azad edilməsidir.
Azərbaycanın Xarkovdakı fəxri konsulluğundan bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanıb. Xarkov şəhərinin Kiyevski mikrorayonunun polisləri hadisə ilə bağlı araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”