Azərbaycanın tanınmış mədəniyyət və incəsənət nümayəndələri Gəncəyə gedib
Azərbaycanın bir neçə tanınmış mədəniyyət və incəsənət nümayəndəsi Gəncə şəhərində olub.
APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, onlar erməni terroru nəticəsində dağılmış əraziyə baş çəkiblər.
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli işğal altında olan torpaqlarımızın azad ediləcəyinə inandığını bildirib.
Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi isə Gəncədə baş verənlərin böyük faciə olduğunu deyib: “Gecə vaxtı mülkiu əhaliyə qarşı bu hərəkət qəbuledilməzdir. Dünya artıq buna reaksiya verməlidir. Ermənilər qadın, uşaq, qoca qatilləridir”.
Əməkdar artist Təyyar Bayramov ermənilərin Gəncəyə terrorunu qınayıb: “Bu hadisələr mənə çox tanışdır. 1992-ci ildə mən də erməni terroru nəticəsində dağıntılar arasında qalmışam”.
Xatırladaq ki, ermənilərin 17 oktyabr gecə saat 01:00 radələrində Gəncə şəhərini yenidən raket atəşinə tutması nəticəsində 53 nəfər dağıntılar altında qalaraq xəsarət alıb, 13 nəfər isə həlak olub.
OXŞAR XƏBƏRLƏR
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub