Azərbaycanın sahib çıxdığı döyüş növü - ALPAQUT
Alpaqut türk dünyasına məxsus olan döyüş növüdür.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, bu döyüş növünün bütün hüquqi haqları Azərbaycana məxsusdur.
Mədəniyyət və Turizm Nazirliyinin sənədi əsasında beynəlxalq dərəcəli idman ustası Vasif Namazova bu döyüş sənətinin müəlliflik hüququ verilib. Yaradılmasından qısa zaman keçməsinə baxmayaraq Alpaquta maraq artıb. Azərbaycan Alpaqut Federasiyası Bərdənin Dəymədağalı kəndində idman zalını istifadəyə verib. Yeni quraşdırılan idman zalından Şirvanlı, Uğurbəyli, Böyük Qəcər və Bala Qəcər kəndlərinin yeniyetmələri də istifadə edəcək. “Bu gün Alpaqut döyüş sənətinin inkişafı üçün Azərbaycanın bir çox rayonlarında filialların yaradılması, idman zallarının açılması üçün əlimizdən gələni edirik və çalışırıq ki, nəinki böyük şəhərlərimizdə, ucqar kəndlərdə də bu idman növü ilə məşğul olsunlar”.
Federasiya nümayəndəsi əsgər forması geyinəcək hər bir gəncə bu idmanla məşğul olmağı məsləhət görür.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."