Azərbaycanın nə qədər valyuta ehtiyatı var?
“Strateji valyuta ehtiyatlarımız xarici dövlət borcunu 7 dəfə üstələyir”.
APA TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov deyib.
Baş nazir bildirib ki, 2020-ci illə müqayisədə xarici dövlət borcu 8,7 % azalıb: “2021-ci ildə dövlət borcunun idarə olunması, şəffaflığın artırılması, ictimaiyyətin büdcə prosesində iştirakının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Büdcə qaydasının tətbiqi artıq bərpa olunub. Onu da qeyd edim ki, dünyanın əksər ölkələrində inflyasiya təzyiqləri yüksəlib. 2021-ci ildə əvvəlki illə müqayisədə enerji qiymətləri 77 % faiz artıb. FAO-ya görə ərzaq qiymətləri son on ildə ən yüksək səviyyəyə çatıb. 2021-ci ildə inflyasiyaya xarici amillərin təsiri çoxalıb. Ümumi inflyasiyanın 60 %-i ərzaq inflyasiyasının payına düşür. Məzənnə sabitliyi inflyasiya idxalına azaldıcı təsir göstərib.
Antiinflyasiya siyasəti xüsusi aktualdır və hökumətin siyasətinin mühüm hissələrindən biridir. Ötən il ərzində kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət tərəfindən maliyyə dəstəyi olaraq 455 milyon manat sərf edilib ki, ərzaq təhlükəsizliyi təmin edilsin”.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ