17:13 11 may 2022 231
Ana səhifə Xəbərlər

Azərbaycanın kanalizasiyası olmayan şəhəri

APA TV olaraq çalışırıq ki, tez-tez vətəndaşların problemlərini işıqlandıraq, sakinlərin şikayətini əlaqədar təşkilatların diqqətinə çatdıraq. Bu dəfə isə sakinlərin şikayəti həm gülməlidir, həm də ağlamalı. Yox, bunu biz yox, sakinlər özləri belə adlandırır. Bəli, camaat deyir ki, indiki zəmanədə şəhər mərkəzində kanalizasiyasız yaşamaq həm gülməlidir, həm də yorucu.

Hacıqabul şəhərinin camaatı deyir ki, yay fəslinin adı gələndə canlarına qorxu düşür. Çünki yayda bu şəhərdə üfunət, antisanitariya, ağcaqanadlar və bunların yaratdığı stresslə yaşayırlar. Onların sözlərinə görə, rayon mərkəzində kanalizasiya sistemi yox dərəcəsindədir. Evlərdən, müəssisə və təşkilatlardan çıxan bütün çirkab suları küçələrdə qazılan açıq kanallarla çoxdan quruyan Hacıqabul gölünə tökülür. Sakinlər deyir ki, yay gələndə bu sular heç gölə çatmağa macal tapmamış, qızmar günəşin altında buxarlanır, çirkab çöküntüsünün baş çatladan üfunətli qoxusu ətrafı bürüyür. Camaat da kanallar uzunu göyə boylanan qamışları biçməkdən bezar olublar.

Bəli, 21-ci əsrin şəhər sakininin ən böyük arzusu yaşadığı şəhərdə kanalizasiya sisteminin qurulmasıdır.

 

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Soruşduq ki, Hacıqabul camaatı nə vaxt nə vaxt kanalizasiya üzü görəcək?

Cavabdan anlaya bildiyimiz o oldu ki, yaxın zamanlarda Hacıqabul sakinlərini sevindirə bilməyəcəyik.

 

Əlibəy Zeynallı

Elçin Həsənov, APA TV

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın