“Azərbaycanın iqtisadi müstəqilliyi tam bərpa edilib”
Yeni Azərbaycan Partiyasında "Qələbənin ilk ildönümü: Zəfər iqtisadiyyatının rolu və hədəfləri” mövzusunda konfrans keçirilib.
APA TV-nin xəbərinə görə, konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, işğalda olan torpaqlar döyüş meydanında Ali Baş Komandanın rəhbərliyi və Ordumuzun şücaəti ilə azad edilib: “Prezident İlham Əliyevin inkişafa, qələbəyə yönələn siyasəti nəticəsində Azərbaycanın iqtisadi müstəqilliyi tam bərpa edilib. Güclü iqtisadi inkişaf tarixi zəfər üçün mühüm amil olub".
O deyib ki, son 18 ilin iqtisadi göstəriciləri qarşıya qoyulan əsas hədəflərin uğurla reallaşdığını göstərir.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev isə bildirib ki, bugünkü reallıqda iqtisadiyyatın əsasını innovasiya və biliklər təşkil edir: "Əgər Azərbaycanın iqtisadiyyatı güclü olmasaydı, güclü texnologiyalar da əldə edə bilməzdik. Bütün dünyanın aparıcı ölkələrində ümumdaxili məhsulun 2,3 faizi elmi tədqiqatlara həsr olunur.
Qeyd edək ki, konfransda Vətən müharibəsinə həsr olunan "44 günlük Zəfər salnaməsi" filminin nümayişi olub.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib