Azərbaycanın idman tarixində ilk: 153 xalla birinci yerə çıxdıq
İspaniyanın Barselona şəhərində keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq Avropa çempionu olan Pərviz Qasımov və komandanın digər üzvləri - Emin Çaqayev və Şükran Soltanov gecə saatlarında Vətənə qayıdıblar. Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, idmançıların yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Qızıl medal qazanan Pərviz Qasımovun sözlərinə görə, Azərbaycan komandası ilk dəfə olaraq Avropa ölkələri arasında 153 xalla birinci yerə çıxıb. Qeyd edək ki, Bodibildinq yarışında ölkəmizi təmsil edənlər arasında Rauf Əliyev də yer alıb. İdmançımız I yeri qazanaraq Avropa və Overall çempionu olub.
OXŞAR XƏBƏRLƏR
19:26
900
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
19:11
859
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
10:12
1215
Böyük Qayıdışın növbəti mərhələsi: Daha 193 sakin yurda döndü
17:30
1313
Önümüzdəki günlərdə HAVA NECƏ OLACAQ? – AÇIQLAMA
17:28
1341
Şərurun hülüsü niyə bu qədər məşhurdur?
17:28
1046