Azərbaycanın bu şəhərində sakinlər zibilləri ağaclardan asır
Ağdaşın bəzi mərkəzi küçələrində zibil qutuları yoxdur, bəzilərində var, amma olmasa ondan yaxşıdır. Bunu biz yox, yerli sakinlər deyir. Çünki olan qutular da həm istismar müddətini başa vurub, həm də bir-birindən çox uzaq məsafədə yerləşdirilib. Zibil qutularının bir-birindən uzaq məsafədə yerləşdirilməsi sakinlərin zibilləri yerə atmasına ya da daha pisi ağaclardan asmasına səbəb olur. Rayondakı bu xoşagəlməz mənzərəyə bir işıq tutmaq niyyəti ilə üz tutduq Ağdaş rayon kommunal müəssisələr kombinatına. Qurumdan bildirildi ki, əsas problem insanların, eləcə də obyektlərin zibilləri ayrılmış əraziyə yox, yol kənarlarına və obyektlərin qarşısına atmalarından qaynaqlanır. Görünən odur ki, Ağdaş rayon kommunal müəssisələr kombinatının maarifləndirmə işləri bitənə və şəhər zibil qutuları ilə tam təmin olunana kimi bu şəhər hələ uzun müddət zibil dənizini xatırladacaq. İlham Əhmədov, Taleh İbrahimov, APA TV
OXŞAR XƏBƏRLƏR
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi