Azərbaycanın bu kəndində evlər taxtadan və palçıqdan tikilir
Astarada qədimliyini və tarixini qoruyan kəndlərimizdən olan Sım kəndi palçıqdan tikilən evləri ilə diqqət çəkir. APA TV – nin verdiyi məlumata görə, buradakı təbiət və tikililər turistlərin marağına səbəb olur. Kənddəki evlər taxta, palçıq və gildən tikilib. Maraqlısı isə budur ki, tikintini aparanlar qadınlardır. Sakinlər deyir ki, ata-babadan gördükləri ənənəni qoruyub saxlayıblar. Aliyə xanım deyir ki, bir evin tikilməsi 3 mərhələdə aparılır. Usta deyir ki, hər palçıqdan, hər torpaqdan evi tikmək olmur. Bunun üçün palçığı başqa yerdən gətirməyə məcbur olurlar. 35 ildir bu işlə məşğul olan Aliyə xanım, əvvəllər anası, bacıları işləyib onlara köməkçi olub. Sonradan bu işi tək özü görüb. İndi də oğlu və qızı ona kömək edir. İndi Aliyə xanım ümid edir ki, oğlu və qızı adət ənənəni layiqincə davam etdirib, bu sənəti nəsildən nəslə ötürüb yaşadacaqlar.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."