AzərbaycandaFACİƏ:arvadını gözündən bıçaqlayıb, özünü öldürdü
Gəncədə ər ondan boşanmaq istəyən qadını gözündən bıçaqladıqdan sonra özünü öldürüb.
Hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində baş verib. Belə ki, sözügedən ünvanda yaşayan 57 yaşlı Səttar Cəlilovla həyat yoldaşı 40 yaşlı Hüsniyyə Quliyeva arasında mübahisə baş verib.
Reanimasiya şöbəsində müalicə alan qadının vəziyyəti ağır qiymətləndirilir. Həkimlər Hüsniyyə Quliyevanın görmə qabiliyyətini itirə biləcəyindən narahatdır:
Hadisədən sonra 57 yaşlı Səttar Cəlilov özünə ürək nahiyəsindən bıçaq xəsarəti yetirərək intihar edib. Baş vermiş hadisə ilə bağlı Gəncə şəhər prokurorluğu da məlumat yayıb. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd və özünü öldürmə həddinə çatdırma maddələri ilə cinayət işi başlanıb.
Fuad Nazimoğlu, Mehdi Məmmədov, Gəncə, APA TV
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək