Azərbaycanda yerli üzüm sortlarının çoxaldılmasına başlanacaq
Azərbaycanda yerli üzüm sortlarının yeni biotexnoloji üsullarla çoxaldılmasına başlanılacaq. Bu barədə APA TV-yə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) direktoru İlham Qurbanov məlumat verib. Onun sözlərinə görə, bu yolla xaricdən gətirilən calaqların və idxal olunan üzümün bir qisminin qarşısı alınacaq. Üzümçülük və Şərabçılıq ETİ direktor əvəzi Vüqar Səlimov bildirib ki, respublikamızda şərabçılıq sahəsində ixrac potensialının yüksəldilməsi üçün yerli üzüm sortlarının yetişdirilməsinə ehtiyac var. Onun sözlərinə görə, bu sortların ənənəvi üsulla çoxaldılması çətindir və bu yolla istehsalçılarn tələbatını ödəmək mümkün deyil. Ona görə də, məqsəd müasir texnoloji üsullardan istifadə etməklə həmin qiymətli yerli sortları sürətlə çoxaltmaq və yerli fermerlərə təqdim etməkdir. Qeyd edək ki, bu layihə ilə bağlı Meyvəçilik və Çayçılıq və Üzümçülük və Şərabçılıq ETİ arasında razılaşma əldə olunub.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."