Azərbaycanda “yaşıl enerji” layihələrinin icrasına ərəblər də qoşulur
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti "Heydər Əliyevin rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılmasında rolu" mövzusunda elmi konfrans keçirib.
Xidmətin rəisi Məmməd Abbasbəyli bildirib ki, azad rəqabət mühitinin təmin olunması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri olduğu üçün "Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2023‒2026-cı illərdə Milli Fəaliyyət Proqramı"nın layihəsi bu istiqamətdə atılan növbəti addımdır.
İqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov isə Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyasının (GES) tikintisi ilə bağlı BP şirkəti ilə danışıqların başa çatmaq üzrə olduğunu qeyd edib.
Onun sözlərinə görə, ölkədə böyük "yaşıl enerji" layihələrin icrasına başlanılıb və bu sahədə görülən işlər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri ilə layihələr artıq həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR
Köç edən ailələrə mənzillərin açarları təqdim olunub
Növbəti köç karvanları yola salınıb
Dövlət başçısı İordaniya Kralını Azərbaycana səfərə dəvət etdi
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib