Azərbaycanda şok hadisə: 73 yaşlı şəxs görün nə üstə tutuldu
Zaqatalada kənd sakinlərinin qəniminə çevrilən 73 yaşlı şəxs həbs edilib.
APA TV-nin məlumatına görə, rayonun Mosul kəndində 73 yaşlı Camələddin Murtuzəliyev axşam saatlarında həmkəndlisi Mehri Məmmədovanın yaşadığı evə gedərək onu narahat edib. Bu zaman onların arasında mübahisə baş verib və Cəmaləddin Murtuzayev ərazini tərk edib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Cəmaləddin Murtuzayev saxlanılaraq rayon polis şöbəsinə aparılan zaman üzərində gizlətdiyi bıçaqla Mehri Məmmədovanın qardaşı, 52 yaşlı Ramiz Rəsulovun qarın nahiyəsinə xəsarət yetirib.
Ramiz Rəsulov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib vəziyyətinin orta-ağır olduğu bildirilir. Cəmaləddin Murtuzayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Kənd sakinlərini verdiyi məlumata görə, hadisəni törədən Cəmaləddin Murtuzayev artıq bir müddətdir ki, Mehri Məmmədovanın yaşadığı evə gedərək onu narahat edirmiş. Saxlanılan şəxsi kənddə hamı manyak kimi tanıyırmış.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi