Azərbaycanda siqaret niyə bahalaşdı? - Nazirlikdən CAVAB
Azərbaycanda bəzi siqaretlərin satışı dayandırılıb və yaxud da bahalaşıb.
Lent.az məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu ünvanlayıb.
Qurumdan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu kimi halların baş verməsi qanunaziddir:
"Bununla əlaqədar bildiririk ki, qeyri-obyektiv səbəbdən bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin süni qıtlıq yaratmaq, yaxud qiymətləri artırmaq məqsədilə istehsal həcminin dəyişdirilməsi və əmtəələrin dövriyyədə çıxarılması halları antiinhisar qanunvericiliyinə ziddir.
Qanunvericiliyin pozulmasına dair konkret faktlar olduğu təqdirdə istehlakçılar və sahibkarlar 195-1 çağrı mərkəzi, elektron poçt, rəsmi internet səhifəsi vasitəsi ilə Dövlət Xidmətinə müraciət edə bilərlər.
Bazada antiinhisar qanunvericiliyinin pozulması əlamətləri aşkar olunduğu təqdirdə qanuna müvafiq tədbirlər görüləcək", - deyə qurumdan bildirilib.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi