Azərbaycanda saxlanılan ermənilərlə görüş keçirildi
23 sentyabr tarixində Beynəlxalq Qızıl Xaç Komitəsi nümayəndələri bu yaxınlarda saxlanılan Ermənistan vətəndaşlarına baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-nın sorğusuna cavab olaraq bildirib ki, Azərbaycan tərəfinin haqqında məlumat verdiyi həmin şəxslərlə təkbətək görüş keçirilib və onların ailələri ilə əlaqələri yaradılıb.
Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır.
OXŞAR XƏBƏRLƏR
18:25
238
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
16:29
354
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
16:25
286
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
16:59
1102
Ağdaşda xurma yığımının qızğın çağıdır
16:58
1021
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
16:56
925