Azərbaycanda qorxulu statistika: Cinayət törədənlərin çoxu işsizlər olub
Dövlət Statistika Komitəsinin 2022-ci ilin məlumatına əsasən, cinayət törətmiş şəxslərin 98,9 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,1 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.
Cinayət törədənlərin 72,8 faizini heç yerdə işləməyən və oxumayanlar, 2,7 faizini qadınlar təşkil edib.
Sosioloqlar düşünürlər ki, rəqəmlərdəki anormal yüksəlmənin əsas səbəbləri narkomaniyaya meylliliyin artması və işsizlikdir.
Psixoloqlar isə düşünür ki, cinayət hadisələrinin artmasında oyun və filimlərin də rolu olduqca böyükdür.
Kriminalistlərin fikrincə isə iki il davam edən pandemiya da cinayət hallarının artmasına təkan verib.
Qeyd edək ki, 2022-ci il ərzində sözügedən məsələ ilə bağlı inzibati xəta törətmiş 2017 nəfər inzibati məsuliyyətə cəlb olunub ki, bu da əvvəlki ilin göstəricisindən 29,8 faiz çoxdur.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib