Azərbaycanda qədim aramey əlifbası ilə yazılmış daş kitabə tapılıb
Azərbaycanda qədim Aramey əlifbası ilə yazılmış daş kitabə tapılıb. Bölgədə AMEA-nın Şəki regional elmi mərkəzin əməkdaşları tərəfindən aşkarlanan daş kitabənin eramızdan əvvələ aid olduğunu güman edilir.
Sakinlər tərəfindən tapılan daş kitabə, kəndin tarixi ilə bağlı araşdırma aparan AMEA-nın əməkdaşlarına təhvil verilib. Daşın üzərindəki yazıların çox qədim və tarixi baxımdan çox əhəmiyyətli olduğu məlum olub.
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi Akif Məmmədli deyir ki, Böyük Qafqaz səddinin keçdiyi bu regionda belə faktların tapılmasının gözlənilən olduğunu deyən tarixçi əvvəllər də bölgədə bəzi qədim yazı növlərinin tapıldığını bildirib: “Lakin bu kitabənin daha dərin, daha qədim tarixi araşdırmağa imkan verəcəyini deyir. Bölgə üçün maraqlı bir yenilik olan bu tapıntı artıq muzeyin ən qədim və ən qiymətli eksponatlarından birinə çevrilib. Hazırda isə daş kitaba tədqiqatçılar tərəfindən araşdırılır”.
Tarixçi yazının mənasının dövrünün inanclarına uyğun ola biləcəyini, lakin qəti fikir söylənməsinin mütəxəssislərin araşdırmaları yekunlaşdıqdan sonra mümkün olacağını bildirib.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə