Azərbaycanda qadın iynədən şoka düşüb öldü
Sabirabadda 42 yaşlı qadın inyeksiyadan şoka düşərək ölüb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Yaxa Dəllək kənd sakini Gülnaz Tapdıqova antibiotik tərkibli dərman inyeksiyası edildikdən sonra şoka düşüb. 42 yaşlı qadın Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Həkimlərin qeyd etdiyinə görə, qadın xəstəxanaya daxil olan zaman onda həyat əlamətləri müşahidə edilməyib, nəbzi vurmayıb. Qohumlarının sözlərinə görə, Gülnaz Tapdıqova sınaq inyeksiyasından şoka düşüb.
Qadının meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə aparılıb. İlkin məlumata görə, qadına “Seftriaksion” antibitik iynəsinin sınaq üçün nəzərdə tutulan dozası vurulub. Onun bronxial astmadan əziyyət çəkdiyi də bildirilir.
Faktla bağlı Sabirabad prokurorluğunda araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi